İranın xarici işlər naziri Cavad Zərif Roma Papası ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə nazirin özü “Twitter” səhifəsində paylaşım edib.
İtaliyada rəsmi səfərdə olan Məhəmməd Cavad Zərifin sözlərinə görə, kardinal Parolin və baş yepiskop Qallager ilə təmaslardan sonra katolik kilsəsinin lideri ilə ünsiyyətdə olub. pizza hut
Tərəflər dinlərarası dialoq, Fələstin, ABŞ sanksiyaları, habelə İran və Vatikan arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Telegram kanalımız