İranlı qaçaqmalçılar sərhədçilərimizə atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

İranlı qaçaqmalçılar sərhədçilərimizə atəş açdı

Maraqlı

30 Dekabr 2022 14:11 814


Dekabrın 29-da Yardımlı rayonunun Perimbel və Daşkənd kəndləri yaxınlığındakı İrandan külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslamdan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb. Sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olub. pizza sifarişi

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr “heroin”, 142 kq 131 qr “marixuana”, 4 kq 792 qr “metamfetamin”, 3 kq 025 qr “tiryək” və 81228 ədəd “metadon M-40” həbləri) aşkar olunaraq götürülmüşdür.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və məlumat mübadiləsi aparılmışdır.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!