İranın Ali Məhkəməsi ölkədə hökumət əleyhinə nümayişləri dəstəkləməkdə təqsirli bilinən reper Tumac Salehinin edam hökmünü ləğv edib.
Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Əmir Rəisian "X"-də məlumat yayıb.
Vəkilin sözlərinə görə, məhkəmə kollegiyası da təsdiqləyib ki, Salehi 6 il 3 ay müddətinə azadlıqdan məhrum edən ilk hökm qanun pozuntuları ilə çıxarılıb. Rəisian bildirib ki, musiqiçinin işi başqa məhkəməyə göndərilib. Dördpendirli pizza
Salehi 2022-ci ilin oktyabrında etirazçıları açıq şəkildə dəstəklədiyi, o cümlədən bu barədə mahnılar yazdırdığı zaman saxlanılıb. 2023-cü ildə reper həbs cəzasına məhkum edildi.
Daha sonra o, Ali Məhkəmənin “ilk qərarda səhvlər” aşkar etdiyi qərarından sonra zaminə buraxılıb. Tezliklə musiqiçi yenidən həbs olunub və 2024-cü ilin aprelində vəkili İsfahan şəhərindəki inqilab məhkəməsinin Salehi ölüm cəzasına məhkum etdiyini bildirib.
Telegram kanalımız