“İranlı sürücülərə görə rus sərhədçiləri ilə danışıqlar gedir” – Papikyan

saytların hazırlanması

Evə çatdırılma

“İranlı sürücülərə görə rus sərhədçiləri ilə danışıqlar gedir” – Papikyan

Rəsmi

16 Sentyabr 2021 17:53 1153


“Azərbaycanlıların polis postu qurduğu və iki İran vətəndaşının saxlandığı Gorus-Qafan yolu ilə bağlı risklər Ermənistan hakimiyyəti tərəfindən nəzərə alınmayıb”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Suren Papikyan sentyabrın 16-da jurnalistlərə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya sərhədçiləri bu məsələ ilə bağlı danışıqlar aparırlar. Sezar pizza

“Danışıqlar gedir. İran vətəndaşlarının yaxın 3 gün ərzində sərbəst buraxılacağı gözlənilir. İran da diplomatik kanalları ilə prosesə qatılır. Bu məsələ, ümumiyyətlə, bizim səlahiyyətlərimiz daxilində deyil... Deyirsiniz ki, mümkün riskləri nəzərə almadıq, amma seçimimiz varmı? Düşünürəm ki, seçimimiz yox idi və bunu ümumiləşdirmək istərdim", - deyə Papikyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!