İranlılar kütləvi şəkildə Yerevana axın edir

saytların hazırlanması

Evə çatdırılma

İranlılar kütləvi şəkildə Yerevana axın edir

Rəsmi

14 İyul 2021 08:44 1257


Yerevanda koronavirusa qarşı vaksin vurulan mobil məntəqələrin qarşısında iranlılardan ibarət uzun növbələr yaranıb. 

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İran vətəndaşları pulsuz vaksin vurdura bilmək üçün kütləvi şəkildə Ermənistana axın edirlər. Ermənistanın turizm Komitəsinin məlumatına görə iyun ayında ölkəyə İrandan 8597 nəfər gəlib, bu mart ayında, yəni Novruz bayramı günlərində gələnlərdən iki dəfə çoxdur.

İranlılar deyirlər ki, onların ölkələrində koronavirusa qarşı vaksini ancaq ən həssas qruplara-yaşı 60-dan çox olanlara və xroniki xəstələrə vururlar. Üstəlik vaksin çatışmır, hətta İranın öz milli vaksini də tapılmır. İran bu yaxınlarda koronavirusa qarşı öz milli vaksinini tətbiq etməyə başladığını elan edib, hərçənd bu pereparatın effektivliyinə dair heç bir məlumat yoxdur. Bildirilir ki, İranda “AstraZeneca” və ya “Sputnik V” vaksinləri ilə əhalinin bütün təbəqələrinin vaksinasiyası haqda heç danışmağa dəyməz. Çünki bu pereparatlar İranda yoxdur. Toyuqlu pizza

Hadi adlı iranlı deyir ki, Ermənistanda vaksinin pulsuz vurulduğunu eşidib və ailə üzvləri ilə birlikdə ləngimədən Yerevana gəlib. Onun danışdığına görə, İranda xaricdən gətirilmiş pereparatlarla qeyri-leqal şəkildə vaksin vurduranlar var. Amma heç bir təminat yoxdur ki, bu vaksinlər saxta deyil, üstəlik bir dozaya görə 30 dollar ödəmək lazımdır.

Qeyd edək ki, koronavirusun “delta” ştammı İranda da sürətlə yayılır və yoluxmaları, ölümləri yenidən artırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!