Türkiyə Statistika Mərkəzinin son hesabatına əsasən, bu ilin birinci yarısında xarici vətəndaşlara 36 minə yaxın mənzil satılıb.
Yenisabah.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72% çoxdur.
Türkiyədə keçən il xarici vətəndaşlara satılan mülklərin dəyəri təxminən 10 milyard dollar olub. pizza sifarişi
İranlılar bu ilin birinci yarısında Türkiyədə 4884 mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43% artım deməkdir.
Bu müddət ərzində Türkiyədə Rusiya vətəndaşlarına daşınmaz əmlak satışı da təxminən 3,5 dəfə artıb. mütəxəssislər bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Qərbin sanksiyaları silə izah edir.
Türkiyədə Rusiya və İrandan sonra ən əhəmiyyətli mənzil müştəriləri İraq, Qazaxıstan, Almaniya, Ukrayna, Yəmən, Çin, Fələstin, Küveyt və Amerika Birləşmiş Ştatları vətəndaşlarıdır.
Telegram kanalımız