İranlılar yasda da saz çalır ki, təki molla gəlməsin - Lənkərani 

saytların hazırlanması

Evə çatdırılma

İranlılar yasda da saz çalır ki, təki molla gəlməsin - Lənkərani 

Maraqlı

13 Mart 2024 18:00 2326


Bəziləri dəfn mərasimlərində saz çalıb oxuyur və mollanın təbliğat aparmaq üçün yasa gəlməsinə ehtiyac görmür. 

Axar.az xəbər verir ki, bu barədə İran dini mədrəsəsinin ruhanisi Məhəmməd Cavad Fazil Lənkərani deyib. 

O, ölkədəki əsas problemin düşmən planının bir hissəsi olduğunu iddia edib və insanların ruhanilərə olan münasibətindən gileylənib:  pizza mizza

“Vəziyyət o həddə çatıb ki, yas mərasimində belə bəziləri saz çalıb oxuyur. Düşmən hətta o həddə qədər nüfuz edib ki, “yasda ruhaninin gəlib camaata moizə deməsinə nə ehtiyac var?” fikri formalaşıb. Onların çoxu “Mən öləndə vaiz gətirmə” şerinə istinad edirlər. Belə çıxır ki, düşmən həmişə işləyir, boş durmur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!