İraq və Suriyadan daha 13 azərbaycanlı gətirildi

saytların hazırlanması

Evə çatdırılma

İraq və Suriyadan daha 13 azərbaycanlı gətirildi

Maraqlı

02 İyun 2022 16:28 879


Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yenisabah.az-a verilən xəbərə görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək. Sezar pizza

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.

Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!