İraqda 3 günlük matəm elan olundu

saytların hazırlanması

Evə çatdırılma

İraqda 3 günlük matəm elan olundu

Dünya

04 Sentyabr 2021 09:41 975


İraqın Baş naziri Mustafa əl-Kazimi Ayətullah Seyyid Məhəmməd Səid Həkimin vəfatı ilə əlaqədar olaraq ölkədə 3 günülük matəm elan edib.

Yenisabah.az “Fars News”a istinadla xəbər verir ki, Nəcəfdə şiə dünyasının 4 əsas müctəhidlərindən biri olan Ayətullah Seyyid Məhəmməd Səid Həkim sentyabrın 3-də ürək tutmasından vəfat edib.

O, Peyğəmbər nəslindən olan məşhur Təbatəbai xanədanından idi. Sezar pizza

Ayətullah Həkim Əbülqasim Xoyinin tələbəsi olub, Səddam Hüseynin dövründə 8 il həbsdə qalıb.

24 adda 40 cilddən çox dini kitabın müəllifidir.

Ayətullah Həkim İkinci Qarabağ müharibəsi günlərində Azərbaycana dəstək fətvası verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!