İraqda bir ailənin 20 üzvü evdə ölü tapılıb

saytların hazırlanması

Evə çatdırılma

İraqda bir ailənin 20 üzvü evdə ölü tapılıb

Hadisə

31 Dekabr 2021 21:08 818


İraqın Babil əyalətində bir ailənin 20 üzvü evdə ölü tapılıb.

Bunu İraq Silahlı Qüvvələrinin Babildəki əməliyyat komandanlığı açıqlayıb. Təhlükəsizlik qüvvələri axtarışda olan şəxsin həmin evdə gizləndiyini müəyyənləşdirib. Evin sahibi təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açıb, iki hərbçi yaralanıb. Ev mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri evə daxil olan zaman isə ailənin 20 üzvünü ölü tapıblar.

İraq KİV-ləri terrorizmlə bağlı axtarışda olan 4 kişinin öncə ailə üzvlərini, daha sonra isə özlərini güllələdiklərini yazıb. Qətlə yetirilənlər arasında qadınlar və uşaqlar var. pizza mizza

Ev sahibinin bacısı isə "Rudaw" telekanalına açıqlamasında evdə olan qohumlarının təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyünü bildirib.

Babil əyalətinin qubernatoru Hasan Mandil as-Saryavi ailə üzvlərinin ölümünün səbəbini müəyyənləşdirmək üçün komissiya yaradılması barədə əmr verib.

APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!