İraqda Türkiyə hərbçisi şəhid oldu

saytların hazırlanması

Evə çatdırılma

İraqda Türkiyə hərbçisi şəhid oldu

Hadisə

17 Fevral 2024 22:23 968


İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvlərinin baza ərazimizə sızmağa cəhd göstərmələri nəticəsində baş vermiş qarşıdurmada müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri isə yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - mətbuat xidməti açıqlayıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!