İrəvan 100 illik icarə təklifinə nə cavab verib? - “Amerikalılarla fikir mübadiləsi oldu”

saytların hazırlanması

Evə çatdırılma

İrəvan 100 illik icarə təklifinə nə cavab verib? - “Amerikalılarla fikir mübadiləsi oldu”

Dünya

24 İyul 2025 21:40 511


"Amerikalıların yolu icarəyə götürmək fikri var idi, lakin bu, bizim üçün qəbuledilməz idi".

Yenisabah.az xəbər verir ki, bunu Faktor TV-nin efirində Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

O qeyd edib: "Biz suverenlikdən imtina təhlükəsini gördük, təhlükəni funksiyanın həyata keçirilməsində deyil, icarənin özündə gördük. Bu variant bizim üçün qəbuledilməz idi. Amerikalılarla fikir mübadiləsi oldu, mövzu bu istiqamətdə inkişaf etmir, "yox" demişiksə, deməli, yox". pizza

Xatırladaq ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin ABŞ-yə icarəyə verilməsi təklifini Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barrak açıqlayıb. Onun sözlərinə görə, Ağ Ev Ermənistana həmin zolağı 100 illik müddətə icarəyə verilməsini təklif edib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!