İrəvan-İstanbul-İrəvan aviareysi işə düşür

saytların hazırlanması

Evə çatdırılma

İrəvan-İstanbul-İrəvan aviareysi işə düşür

Rəsmi

01 Yanvar 2022 14:30 821


Ermənistan Aviasiya Agentliyi bu ölkənin “FlyOne” aviaşirkətinə İrəvan-İstanbul reyslərini yerinə yetirməyə icazə verib.

Yenisabah.az-ın xəbərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Ermənistan Aviasiya Agentliyi “FlyOne” aviaşirkətinin İrəvan-İstanbul-İrəvan arasında çarter reysləri üçün müraciətini təsdiqləyib.

“FlyOne”-un İdarə Heyətinin sədri Aram Ananyan deyib ki, “FlyOne Armenia” bu yaxınlarda həm Ermənistan, həm də Türkiyənin aviasiya strukturlarına İrəvandan İstanbula çarter reyslərinin təşkili xahişi ilə müraciət edib. O, Ermənistanın aviasiya rəhbərliyinə razılıqlarına görə təşəkkürünü bildirib. Sezar pizza

Ananyan əlavə edib ki, Türkiyə təsdiq edərsə, uçuşlar üçün cədvəl yaradılacaq.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən etibarən Ermənistan Türkiyə mallarına tətbiq edilən qadağanın ləğvi üçün qərar verib. Sanksiyanın Ermənistan iş adamlarının tələbi ilə ləğv edildiyi bildirilir.

Xatırladaq ki, Ermənistan Türkiyə mallarının idxalına 31 dekabr 2020-ci ildə qadağa qoymuşdu.

Diqqətə çatdırırıq ki, hazırda iki ölkə arasında diplomatik və iqtisadi əlaqələrin qurulması üçün hər iki dövlətin xüsusi nümayəndəsi təyin edilib. 2022-ci ilin yanvar ayında bu istiqamətdə müzakirələr başlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!