İrəvan KTMT-yə üzvlük haqqını ödəməyib

saytların hazırlanması

Evə çatdırılma

İrəvan KTMT-yə üzvlük haqqını ödəməyib

Dünya

05 İyun 2025 14:53 311


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2024-cü il üzvlük haqqını ödəməyib

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O bunu KTMT-də iştirakın dondurulması ilə əlaqələndirib. pizza hut

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirmişdi ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə üzvlük haqqını ödəməsə, təşkilata üzv ölkələr “müxtəlif ssenarilər nəzərdən keçirə bilər”.

Mart ayında parlamentin spikeri Alen Simonyan demişdi ki, Ermənistanla KTMT arasında münasibətlərdə dəyişmə ehtimalı yoxdur.

2024-cü ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyan Paşinyan demişdi ki, İrəvan özünü KTMT-dən kənarda hesab edir, təşkilata qayıdışı məqamı keçib.
O, qeyd edib ki, Ermənistan KTMT-də iştirakını dayandırıb və bu qərara səbəb “KTMT-nin Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi” vəziyyət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!