Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi ilə bağlı Moskvaya xüsusi heyət göndəriləcək.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ölkədə Rusiya hərbi bazasının yerləşdirilməsi üçün torpaqların verilməsi və istifadəsi məsələsi Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclasında müzakirə olunacaq. Sezar pizza
İclas 26 iyun-1 iyul aralığında Moskvada keçiriləcək.
Müvafiq qərarı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.
Nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Daşınmaz Əmlak Kadastrı Komitəsinin nümayəndələri daxildir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hökuməti Üçtərəfli Atəşkəs Bəyanatına uyğun olaraq yeni rus hərbi bazaları üçün təmənnasız qaydada torpaq sahələri ayırıb.
Telegram kanalımız