İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir? 

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir? 

Siyasət

07 İyul 2024 13:16 3127


Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə “direktiv” alıb. 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib. 

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.  pizza mizza

Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda “pauza” Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək. 

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı “müttəfiq yanaşması”nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!