"Müvəqqəti məhdudiyyətlər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə maneəyə çevrilməməlidir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan deyib.
Deputatın fikrincə, bu prosesin ardıcıl olması vacibdir. O, müvafiq sənədin olmasını da vacib hesab edib: "Danışıqlar masası üzərində işləyə biləcəyimiz bir sənədin olması vacibdir". Dördpendirli pizza
Komissiya rəhbərinin sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdır.
“Delimitasiya və demarkasiya məsələləri yuxarıdakı sənədlə kifayət qədər bağlıdır. Lakin onların eyni vaxtda həyata keçirilməsi üçün sadəcə şərait yoxdur”, - deyə deputat vurğulayıb.
Telegram kanalımız