İrəvan və Bakı sülh müqaviləsinə dair 6 dəfə mübadilə aparıb - Nazir

saytların hazırlanması

Evə çatdırılma

İrəvan və Bakı sülh müqaviləsinə dair 6 dəfə mübadilə aparıb - Nazir

Rəsmi

03 Noyabr 2023 11:58 1881


Ermənistan və Azərbaycan altıncı dəfədir ki, sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, Qarabağda baş verən hadisələr Ermənistanın və bütövlükdə regionun təhlükəsizliyi üçün yeni risklər və çağırışlar yaradıb. Toyuqlu pizza

“Bununla belə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir”, - Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan Qranadada sülh gündəliyinin həyata keçirilməsi istiqamətində böyük addım ata biləcəyinə ümid edirdi.

XİN rəhbəri qeyd edib ki, sülh sazişinin birinci prinsipi ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir.

Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib.

“Ümumən delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”, - Mirzoyan hesab edir.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfinin də oxşar anlayışı var.

Üçüncü prinsip regional kommunikasiyaların blokladadan çıxarılmasına aiddir:

"Ermənistan nəinki blokun açılmasına qarşı deyil, həm də özünü bu kommunikasiyaların açılmasından əsas faydalananlardan biri hesab edir.

Beləliklə, İrəvanın yanaşması dəyişməz olaraq qalır: bütün kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin yurisdiksiyasında, bərabərlik və qarşılıqlılıq əsasında fəaliyyət göstərməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!