İran və Ermənistan Aqarak-Vardanidzor yolunun (21 km) əsaslı təmiri, tikinti işlərinə dair sənəd imzalayıblar.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, tərəflər sazişin imzalanmasının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıblar.
Ümumən yolun ümumi uzunluğu təxminən 32 km olan Kacaran-Agarak (İranla sərhəd) hissəsinin yenidən qurulması planlaşdırılır. Dördpendirli pizza
6 yeni yol ötürücüsünün, ümumi uzunluğu 920 metr olan 2 yeni tunelin və 17 yeni körpünün tikintisi nəzərdə tutulub.
Layihə Avrasiya İnkişaf Bankının krediti və Ermənistanın birgə maliyyəsi hesabına həyata keçirilir.
Tikinti işlərinin 2023-cü ilin sonunda başlanması və 3 il ərzində başa çatdırılması planlaşdırılır.
Telegram kanalımız