“İrəvan xahiş edib ki...“  - Zaxarova

saytların hazırlanması

Evə çatdırılma

“İrəvan xahiş edib ki...“ - Zaxarova

Rəsmi

25 Noyabr 2021 15:41 1489


Rusiya Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək üçün bütün səyləri göstərir.

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün bütün addımları atır. Dominos pizza

"Təbii ki, hazırda ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetirilir”.

Mariya Zaxarova əlavə edib: 

“Mən təsdiq edə bilərəm ki, Ermənistan İrəvan və Ankara arasında vasitəçilik üçün yardım üçün müraciət edib. Rusiya, bildiyiniz kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və səy göstərir, ölkəmiz bunu hər şəkildə davam etdirməyə hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!