İrəvan yeni Suriya hökuməti ilə əlaqələr qurur

saytların hazırlanması

Evə çatdırılma

İrəvan yeni Suriya hökuməti ilə əlaqələr qurur

Dünya

27 Yanvar 2025 16:18 196


Yanvarın 27-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqdə Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, nazir müavini Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli əlaqələrin inkişafına sadiq olduğunu bildirib. Həmsöhbətlər əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Vahan Kostanyan Ermənistan tərəfinin humanitar sahədə və islahatların həyata keçirilməsində yardım göstərməyə, eləcə də Suriya üçün prioritet layihələri dəstəkləməyə hazır olduğunu təsdiqləyib. pizza

Tərəflər qarşılıqlı olaraq Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğuladılar. Bu çərçivədə Suriyada həmrəylik və əhatəlilik mühitinin yaradılmasına yönəlmiş səylərə dəstək ifadə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!