İrəvan Zəngəzurda konsulluğun açılışını əngəlləyir

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Zəngəzurda konsulluğun açılışını əngəlləyir

Dünya

29 May 2025 11:08 418


Hökumət dairələrində yayılan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri Sünikdə (Zəngəzur) Rusiya konsulluğunun açılması məsələsini həll etməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə“Hraparak” qəzeti yazıb.

Erməni nəşrinin təhlilində qeyd olunur: "Xatırladaq ki, Rusiya tərəfi 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışır. Sezar pizza

2022-ci ildən artıq İranın Kapanda (Qafanda) konsulluğu fəaliyyət göstərir, Fransa isə yaxın günlərdə Qorisdə (Gorus) konsulluğu açacaq.

Rusiya tərəfi mayın sonuna kimi konkret razılığın əldə olunacağını bildirsə də, mənbələrimiz konsulun açılmasının qarşısını alacağını bildiriblər.

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat açılışın niyə yubanması ilə bağlı suala absurd cavab verib, o, problemin yerli hakimiyyət orqanlarının səlahiyyətində olduğunu, ərazi məsələsinin həll olunmadığını, konsulluq üçün ərazi axtarışının davam etdiyini bildirib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!