İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər ayrıldı

İdman

12 İyul 2023 22:46 1425


Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır.

Bizim.media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatia” klubunun heyətində “Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.

Təcrübəli oyunçu üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrılıb. Bu barədə futbolçunun özü məlumat verib: pizza sifarişi

“4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”.

İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib. 

Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” - “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!