İrəvana yardım adı ilə aparılan hərbi yükü gürcülər sərhəddən buraxmadı

saytların hazırlanması

Evə çatdırılma

İrəvana yardım adı ilə aparılan hərbi yükü gürcülər sərhəddən buraxmadı

Rəsmi

28 Aprel 2021 14:05 831


Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və Feysbuk sosial şəbəkəsində məlumatlar yayılıb.

Bildirilib ki, “humanitar yük” daşıyan nəqliyyat vasitələri bir aya yaxındır Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı neytral zonada saxlanılır. Pepperoni pizza

Yük maşınları Moskvadan martın 5-də yola salınıb və martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.

Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.

Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia” agentliyinə bildirilib ki, məsələnin tez bir zamanda həlli ilə bağlı Gürcüstanın müvafiq dölvət qurumları ilə iş aparılır.

Feysbukda yük maşınları və onların daşıdığı güllə keçirməyən jiletlərin yer aldığı videogörüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!