İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı

Dünya

02 May 2025 20:25 401


Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri ürək tutması nəticəsində vəfat edib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, avropalı məmurun cəsədi İrəvan hotellərindən birində tapılıb. Digər detallar açıqlanmayıb.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə Ermənistanda 2 il müddətinə yerləşdirilib və əvvəlcə 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə qədər genişləndirilməsini elan edib. Aİ Şurası yanvarın sonunda Ermənistandakı missiyanın mandatını daha iki il - 19 fevral 2027-ci ilə qədər uzatmaq qərarı qəbul edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!