İrəvanda aksiya: Ermənilər Laçının boşaldılmasıyla barışmaq istəmir

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda aksiya: Ermənilər Laçının boşaldılmasıyla barışmaq istəmir

Rəsmi

22 Avqust 2022 16:01 1336


Hazırda İrəvanın Respublika meydanında etiraz aksiyası keçirilir.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bir qrup vətəndaş Laçın və Zabuxdan köçürülən ermənilərə dəstək aksiyası başladıb.

Aksiya iştirakçıları özləri ilə müxtəlif plakatlar gətiriblər: “İddiaçı ol, öz torpağında haqqını tələb et!”, “Berdzor (Laçın) və Ağavno (Zabux) dövlətçiliyimizin son başlanğıcıdır!”, “Erməni xalqının ləyaqəti harada gizlənir?!”, “Milli birlik, milli ordu, bunlar haradadər?!”. Dördpendirli pizza

“Berdzor və Ağavnodan yeni hekayə başlayır. Biz torpaqlarımızı vermək istəmirik. Allahın bizə bəxş etdiyi müqəddəs Ermənistanı saxlamaq istəyirik. Biz erməni xalqının nümayəndələri olaraq tarix boyu çox sınaqlara məruz qalmışıq, həmişə tarixin sınağından çıxmışıq və indi cəmiyyətimizin şüur səviyyəsinin o qədər yüksəlməsini istəyirik ki, onlar birləşsin. Ağlabatan şəkildə yeni Ermənistan qura bilərik”, - deyə aksiya iştirakçılarından biri – Artur Sarkisyan jurnalistlərlə söhbətində bildirib.

“Ermənistan bütün vacib aspektlərdə güclü olmalıdır: hərbi, maliyyə və s. Bütün bunlar üçün bizim ağlabatan fəallığımız lazımdır, təəssüf ki, mən bunları əvvəlki bütün nümayişlərdə görməmişəm”, - deyə vətəndaş əlavə edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!