İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşəcək

Siyasət

21 Oktyabr 2025 19:55 491


Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzinin (CSP) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələrdə digər mövzularla yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!