İrəvanın bir sıra strateji obyektlərində bomba qoyulması ilə bağlı anonim zənglər təsdiqini tapmayıb.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Zvartnots hava limanında və dörd metro stansiyasında partlayıcı qurğu aşkar edilməyib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Marqarita pizza
Yoxlamaların nəticələrinə görə "Barekamutyun", "Çarbax", "Şenqavit", "Baqramyan" stansiyalarında "təmiz" olub. Digər stansiyalarda axtarış işləri davam etdirilir.
Həmçinin paytaxtın Zvartnots hava limanında bomba tapılmayıb.
Telegram kanalımız