İrəvanda çaxnaşma: “Azərbaycanlı şəhərin mərkəzində...”

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda çaxnaşma: “Azərbaycanlı şəhərin mərkəzində...”

Hadisə

10 Aprel 2024 00:55 6110


Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat reallığa uyğun gəlmir.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.

Onun sözlərinə görə, polis aprelin 8-də axşam saatlarında naməlum şəxsi narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək saxlayıb. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş İdarəsinə aparılan şəxsin Azərbaycan yox, Rusiya vətəndaşı olduğu üzə çıxıb. Sezar pizza

“Üzərində narkotik maddə aşkar edilməyib, Ermənistana turist kimi gəldiyi məlum olub. Bundan sonra sərbəst buraxılıb”, - Sərkisyan deyib.

Bundan əvvəl erməni Teleqram kanallarında polis tərəfindən saxlanılan şəxsin “azərbaycanlı diversant” olması barədə məlumat yayılmış, iddia paytaxtda geniş müzakirə mövzusuna çevrilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!