İrəvanda Əliyev və Ərdoğanın sammitdə iştirakını gözləyirlər

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Əliyev və Ərdoğanın sammitdə iştirakını gözləyirlər

Dünya

31 Oktyabr 2025 14:40 226


"Gözləyirik ki, həmişə iştirakçı olmuş bütün ölkələr bu mühüm tədbir zamanı Ermənistan Respublikasına səfər etmək imkanı tapacaq. Düşünmürəm ki, bu məsələdə hansısa başqa məntiq axtarılmalıdır, Azərbaycan Prezidentinin ya nəsə deyəcəyi, ya da rəsmi nəsə baş verəcəyi göz qabağındadır".

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

O, Azərbaycan və Türkiyə prezidentlərinin 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirakına dair sualı belə cavablandırıb. Sezar pizza

Xatırladaq ki, İlham Əliyevin iclasda iştirak etməyəcəyi barədə xəbəri "Caliber" saytı yayıb.

Alen Simonyan bildirib ki, azərbaycanlı vəzifədaşı ilə son görüşündə Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının Ermənistanda keçirilən tədbirində iştirak etməməsi müzakirə olunub:

"O (Sahibə Qafarova - red.), məndən Ermənistan Respublikasına gəlməkdə heç bir problem olmadığını, Avronestdə iştirak etməmənin sırf bu təşkilatla münasibətlərlə bağlı olduğunu, əməkdaşlığımızda və qarşılıqlı səfərlərdə heç bir problem görmədiyini çatdırmağımı xahiş etdi".

Alen Simonyan qeyd edib: "Azərbaycan nümayəndə heyətinin İrəvana, Ermənistan nümayəndə heyətinin isə Bakıya səfərinə hazır olmalıyıq".

Xatırladaq ki, Avropa Siyasi Birliyinin 8-ci Sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək. Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sammitdə iştirakla bağlı şifahi dəvətlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana da çatdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!