Bu il İrəvanda erməni-rus dostluğunun şərəfinə abidənin ucaldılması planlaşdırılır.
Yenisabah.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib.
Lavrov bildirib ki, aprelin 3-də Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30, bu il isə Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin imzalanmasının 25 ili tamam olur. "Bu, bizim ARF Daşnaksütyun üçün əlamətdar ildir, strateji tərəfdaşlıqdır", - Lavrov deyib. pizza mizza
Rusiya xarici işlər naziri Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında etibarlı, müntəzəm siyasi dialoqun olduğunu vurğulayıb.
“Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşı olmaqda davam edir. Xarici ticarətdə bizim payımız 30 faizi ötür".
Xarici işlər nazirləri birbaşa işgüzar əlaqələri təşviq etmək barədə razılığa gəliblər. Lavrovun sözlərinə görə, iki ölkə mədəniyyət, təhsil, turizm, idman və digər sahələrdə əməkdaşlığı dərinləşdirəcək.
“Bu il biz İrəvanda erməni-rus dostluğunun şərəfinə abidə ucaltmağı planlaşdırırıq”, - deyə Rusiya XİN rəhbəri bildirib.
Cavad Salmanli
Telegram kanalımız