İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa keçirildi

Siyasət

22 Oktyabr 2025 19:27 199


İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib. pizza mizza

İştirakçılarla görüş zamanı o vurğulayıb ki, cəmiyyətin müxtəlif sahələrini cəlb etmək yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!