İrəvanda İlham Əliyevin bəyanatı alqışlandı

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda İlham Əliyevin bəyanatı alqışlandı

Dünya

21 Oktyabr 2025 15:03 383


Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan "Facebook2 səhifəsində yazıb.

O qeyd edib: “Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”. Toyuqlu pizza

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!