İrəvanda KTMT XİN rəhbərləri məsləhətləşmə aparır

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda KTMT XİN rəhbərləri məsləhətləşmə aparır

Rəsmi

07 Oktyabr 2022 15:56 974


Ermənistanın KTMT-yə sədrliyi çərçivəsində oktyabrın 7-də İrəvanda Ermənistan XIN rəhbərinin müavini Mnatsakan Safaryanın sədrliyi ilə üzv dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin məsləhətləşmələri keçirilib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, məsləhətləşmələrdə KTMT Baş katibinin müavininin rəhbərlik etdiyi KTMT Katibliyinin və Birləşmiş Qərargahın nümayəndə heyəti də iştirak edib.

İclasın əvvəlində nazir müavini Safaryan Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti həmkarlarına təqdim edib. Dördpendirli pizza

Məsləhətləşmələr zamanı KTMT-nin gündəliyində olan ondan çox məsələ müzakirə edilib və onlar üzrə gələcək işlərin səciyyəsi verilib.

Qeyd edək ki, noyabrda Ermənistanda nəzərdə tutulan KTMT sammitinin və ondan əvvəlki təşkilata üzv dövlətlərin xarici işlər və müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin birgə iclasının keçirilməsi məsələsinə də istinad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!