İrəvanda Paşinyana qarşı çıxan 70 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Paşinyana qarşı çıxan 70 nəfər həbs olundu

Rəsmi

03 May 2022 10:49 297


Ermənistan polisi paytaxtda səhər aksiyaları zamanı saxlanılanlarla bağlı məlumatları təqdim edib.

Mayın 3-ü səhər saat 10:00-a olan məlumata görə, İrəvanda keçirilən etiraz aksiyaları zamanı 70 vətəndaş saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a DİN mətbuat xidmətindən bildirilib. pizza hut

Nümayişçilər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmama) maddəsilə təqsirli bilinirlər.

Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları keçirilir. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!