İrəvanda qanunsuzluğa görə aclıq aksiyası

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda qanunsuzluğa görə aclıq aksiyası

Rəsmi

27 Avqust 2021 17:05 1433


İrəvan şəhər sakini Ayk Arutyunyan şəhər meriyasının qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq aclıq elan edib.

Yenisabah.az xəbər verir ki, o, jurnalistlərə verdiyi müsahibədə yaşadıqları ərazidə qanunsuz binaların tikildiyini vurğulayıb.

Həmçinin məhəllə sakinlərinin bələdiyyədən yaşadıqları məhəllədə tikilən çoxmərtəbəli binanın mülkiyyətinə dair sənədlər tələb etdiyini söyləyib. Toyuqlu pizza

Müvafiq məhkəmə prosesləri başa çatana qədər bu binanın tikintisinin dayandırılmasını tələb ediklərini də bildirib. 

Arutyunyan vurğulayıb ki, binanın inşası 15 il əvvəl qanunsuz olaraq özəlləşdirilmiş bir mədəni və tarixi kompleksin ərazisində, yəni ictimai yerdə aparılır. 

Aksiyaçının sözlərinə görə, bələdiyyə binası tikintiyə icazə verilməsi barədə sakinlərə vaxtında məlumat versəydi, onlar etiraz aksiyasına başlamaz, ancaq dərhal məhkəməyə müraciət edərdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!