İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin növbəti iclası başlayıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, sədr kimi Komitənin növbəti iclasını Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıb.
İclasda Belarus Respublikası Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının katibi, Prezidentin köməkçisi Gizat Nurdauletov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Xarici İşlər Nazirliyinin katibi Marat İmankulov, Tacikistan Respublikasının Təhlükəsizlik Şurası Nəsrullo Mahmudzoda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və KTMT-nin baş katibi Stanislav Zas iştirak edirlər. Sezar pizza
Açılışdan sonra iclas bağlı qapılar arxasında keçirilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi və KTMT baş katibinin birgə bəyanatı KTMT Təhlükəsizlik Şurasının iclasından sonra baş tutacaq.
Telegram kanalımız