İrəvanda yeni yürüş başlayıb

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda yeni yürüş başlayıb

Rəsmi

07 İyun 2022 11:11 1032


Bu gün İrəvanda "Müqavimət Hərəkatı"nın tərəfdarları Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinə doğru yürüşə başlayıblar.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bir müddət əvvəl bu barədə məlumat yayıb.

O bildirib ki, müxalifət son günlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baş vermiş zorakılıq faktlarını təqdim etmək üçün Aİ ofisinə gedəcək. pizza mizza

“Biz müvafiq qiymətləndirmə tələb edəcəyik. Bu ikili standartlar və onların susqunluğu ölkədə Nikol Paşinyan diktaturasının bərqərar olmasına kömək edir, biz buna imkan verməyəcəyik”.

İ. Saqatelyan Ermənistanda akkreditə olunmuş müxtəlif səfirlərlə mövcud vəziyyəti onlara təqdim etmək üçün görüş tələb edəcəklərini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!