İrəvandakı ABŞ səfiri məkanı Moskva ilə dəyişir

saytların hazırlanması

Evə çatdırılma

İrəvandakı ABŞ səfiri məkanı Moskva ilə dəyişir

Rəsmi

22 Sentyabr 2022 14:50 951


Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bildirir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb. Pepperoni pizza

Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada - 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində - çalışıb.

2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, ABŞ-da Prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!