İrəvandakı mitinqdə polis rəisi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

İrəvandakı mitinqdə polis rəisi həbs olundu

Rəsmi

06 May 2022 14:04 164


İrəvanda keçmiş polis rəisi həbs edilib.

Yenisabah.az "Tert"ə istinadla xəbər verir ki, Ermənistan müxalifəti bu gün saat 12:00-da İrəvan küçələrində yürüş və itaətsizlik aksiyalarına başlayıb.

Onların arasında polis tərəfindən saxlanılan keçmiş polis rəisi Valeri Osipyan da olub. pizza

Xatırladaq ki, dünən Milli Məclisin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan mayın 6-da itaətsizlik aksiyalarının saat 12-dən başlayacağını açıqlamışdı:

"Tərəfdarlarımız Fransa meydanına toplaşacaqlar, İrəvanın bütün yürüşünü dörd istiqamətdə iflic edəcəklər".

Qeyd edək ki, İrəvanda mayın 2-dən dinc itaətsizlik aksiyaları başlayıb, hər gün bir sıra küçələr bağlanır. Mayın 2-dən isə İrəvanın Fransa meydanında mitinqlər keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!