İrəvandakı partlayış qəsdən törədilib? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İrəvandakı partlayış qəsdən törədilib? - Rəsmi açıqlama

Rəsmi

18 Avqust 2022 12:45 1152


“Hazırda “Surmalu”da baş verən partlayışla bağlı mövcud olan sübutlar daha çox ehtiyatsızlıqdan törədilmiş cinayətin göstəricisidir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan İstintaq Komitəsinin (İK) sədri Argişti Kyaramyan hökumətin iclasında deyib:

“Bizdə olan məlumata görə, hökumətin iclasında Baş nazir Nikol Paşinyan İstintaq Komitəsinin sədri Argişti Kyaramyandan terror aktı və ya hər hansı bədniyyət fərziyyəsinin nəzərdən keçirildiyini, hazırda bunları əsaslandıran və ya istisna edən halların olub-olmadığını soruşub. Pepperoni pizza

İK sədri bildirib ki, cinayət işinin müxtəlif versiyaları, o cümlədən Baş nazirin qeyd etdiyi versiyalar araşdırılır.

“Hazırda cinayət işində terrorizmin və ya hər hansı digər qəsdən törədilmiş cinayətin mövcudluğuna dəlalət edən faktiki məlumat yoxdur”, - Kyaramyan bildirib. 

Baş nazirin sözlərinə görə, hadisə yerindən mövcud videogörüntüləri öyrənməklə məlum olur ki, orada hər hansı terror aktının məntiqi istisna edilib, lakin yekun nəticə çıxarmaq hələ tezdir.

“Biz kadrlardan da görürük ki, tüstü var, qaçanlar var, ondan sonra partlayış olub.Həm də əlimizdə olan vizual məlumatlara baxanda, demək olar ki, terror aktının törədilməsi halı istisna edilir”, - Paşinyan bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!