Ötən gün Ermənistanda hökumət iqamətgahının qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.
Yenisabah.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qarşıdurma nəticəsində 60 nəfər xəsarət alıb. Onların 39-u polis əməkdaşıdır.
Aksiyalar zamanı 11 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb. Pepperoni pizza
Qeyd edək ki, Ermənistanda kütləvi etirazların başlamasından bir ay ötür. Narazı kütlə baş nazir Nikol Paşinyanı Azərbaycanla sərhədlərin demarkasiyası zamanı Bakıya güzəştə getməkdə günahlandıraraq, onun istefasını tələb edir.
Telegram kanalımız