İrəvandan Bakıya torpaq gətirən müəllim Ermənistanda gördüklərindən danışdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İrəvandan Bakıya torpaq gətirən müəllim Ermənistanda gördüklərindən danışdı - VİDEO

Sosial

27 Mart 2025 10:00 579


Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi işləyən Ogün Özdemir adlı Türkiyə vətəndaşının 2 gün əvvəl səfər etdiyi Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb. 

“Yeni Sabah” Xəzər TV-yə istinadən məlumat verir ki, 6 aydır Bakıda yaşayan Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.

O, paylaşdığı video vasitəsilə İrəvandan bütün türk dünyasının Novruz bayramını təbrik edib. pizza

Ogün Özdemir, həmçinin Azərbaycanın qədim torpağından azərbaycanlıları, o cümlədən Qərbi Azərbaycandan olan insanları salamlayıb.

Ogün Özdemir bildirib ki, Azərbaycanın bir parçası olan İrəvana səfər etmək onun çoxdankı planı olub. O, İrəvana necə getməsindən də danışıb. Əlavə edib ki, şəhər heç də erməni mediasının göstərdiyi kimi ürəkaçan deyil.

O.Özdemir deyir ki, İrəvan qədimdən, minillər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Buna görə də o, Qərbi Azərbaycandan olan dostları üçün İrəvandan torpaq da gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!