Tex-Kornidzor kəndləri arasındakı M-12 avtomobil yolunun yenidən qurulması işlərinə avqust ayında başlanılacaq.
Bu barədə cümə günü Ermənistanın Ərazi İdarəetmə Nazirliyi məlumat yayıb. Tikintinin müddəti açıqlanmır.
Söhbət hazırda ümumi uzunluğu 7-8 kilometr olan yolun genişləndirilməsindən gedir. O, artıq Azərbaycan ərazisində Laçın şəhərinin cənubuna çəkilən yeni yol ilə birləşdiriləcək. pizza
Bundan sonra ermənilər Qarabağa getmək üçün Laçın şəhərilə birlikdə Azərbaycanın nəzarətinə keçəcək indiki Laçın dəhlizindən istifadə etməyəcəklər.
Telegram kanalımız