İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Baqramyan 26” teleqram kanalı bildirib.
“Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, – kanalda qeyd olunub. Dördpendirli pizza
“911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək”, – ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Telegram kanalımız