İrina Şeyk çanta reklamı üçün soyundu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İrina Şeyk çanta reklamı üçün soyundu - Fotolar

Şou

06 Sentyabr 2019 22:11 1289


"Calvin Klein" brendinin yeni reklam siması dünya şöhrətli model İrina Şeyk olacaq. Reklam çəkilişlərinin ən diqqət çəkən məqamı isə məşhur modelin fotosessiyada çılpaq çəkilməsi olub.

“Yeni Sabah” xarici KİV-nə istinadən xəbər verir ki, Şeyk bədəninin bəzi yerlərini brendin lüks və dəbdəbəli çantaları ilə gizlədib.

Sevgilisi Bradli Kuper ilə ayrıldıqdan sonra demək olar ki, ara vermədən işləyən İrina məşhur dərgilərin üz qapaqları, reklam kampaniyaları, moda şoularının açılışlarında iştirak edir. Dominos pizza

Model yalnız avqust ayında qızı Lei və anası Olqa ilə tətilə gedib.

"Moschino" və "Burberry"nin payız-qış kolleksiyasından sonra "Calvin Klein" də rus supermodelini əks etdirən reklamla dəb həvəskarlarının diqqətini çəkməyi bacardı.

Fotolarla bərabər marka İrina Şeykin iştirakı ilə sosial mediada ağ-qaralı video yayımlayıb. Rəsmi görüntülərdən əlavə, İrina da çəkiliş meydançasında bir neçə görüntüsünü "Instagram" hesabının "hekayə" bölməsində paylaşıb.

Qeyd edək ki, eyni şəkildə İrina bu ilin iyul ayında "The Ko People" çantalarının kolleksiyasını təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!