İrland futbolçularla Bakı polisi arasında qalmaqal

İrland futbolçularla Bakı polisi arasında qalmaqal

İdman Veb saytların hazırlanması

31 İyul 2019 12:53 1252


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dundalk” klubunun iki futbolçusuna “Bulvar”da polis müdaxiləsi olub.

“Yeni sabah” İrlandiya mətbuatına istinadən xəbər verir ki, iki futbolçu - Sin Qannon və Ceymi Makqret komandanın yerləşdiyi otelin qarşısında irlandiyalı jurnalistlərə açıqlama verərkən, bir neçə polis onlara yaxınlaşıb, daha sonra onların işinə maneə törədib.

Məsələylə bağlı danışan Qannon, bunları deyib:

"Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdı, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm. Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkil çəkə bilmərik və bunun üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!