İrlandiya-Azərbaycan oyununun hakimləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

İrlandiya-Azərbaycan oyununun hakimləri bəlli oldu

İdman

02 Sentyabr 2021 12:51 1074


DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya-Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Jerom Brisar idarə edəcək.

Ona Benjamin Peyc və Kristof Fincin kömək göstərəcək. Dominos pizza

Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.

VAR hakimi isə qadın referi Stefani Frappar olacaq.

Sentyabrın 4-də keçiriləcək İrlandiya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 18:00-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!