İrlandiya millisində qalmaqal: 8 futbolçu vaksindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

İrlandiya millisində qalmaqal: 8 futbolçu vaksindən imtina etdi

İdman

06 Oktyabr 2021 21:50 705


İrlandiya yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu öncəsi problemlə üzləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə RTE telekanalının sabiq eksperti Eymon Danfi "Sundayworld" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdakı matçlar üçün komandaya dəvət almış 26 futbolçudan 8-i koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edib. Onlar komanda yoldaşları Kallum Robinsonun vaksinlə bağlı etirafından sonra bu fikrə düşüblər. pizza mizza

İngiltərənin "Vest Bromviç" klubunda çıxış edən Robinson peyvənd olunmayacağını söyləyib və bunu özünün şəxsi seçimi adlandırıb. O, daha əvvəl 2 dəfə koronavirusa yoluxduğunu da təkzib etməyib.

Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!