İrlandiya XİN Azərbaycana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

İrlandiya XİN Azərbaycana başsağlığı verdi

Siyasət

27 Dekabr 2024 22:11 363


İrlandiya Xarici İşlər Nazirliyi dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində yazılıb.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi kədərləndirdi. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib. pizza mizza

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!